Tahir Kərimli nazirlərdən Əli Əsədova şikayət etdi -

Tahir Kərimli nazirlərdən Əli Əsədova şikayət etdi - "Telefona cavab vermirlər"

Hazırda oxunan: Tahir Kərimli nazirlərdən Əli Əsədova şikayət etdi - "Telefona cavab vermirlər"

64935

“Cənab Baş nazir, siz təvazökar insansınız, lakin hökumət üzvlərinin hamısı sizin kimi deyil. Zəng edəndə telefonlara cavab vermirlər,  deputat statusu haqqında qanunu oxumurlar. Oxumurlar ona görə ki, vəzifəli şəxsin bütün sorğularına dərhal cavab verməlidirlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentdəki çıxışı zamanı səsləndirib. 

Deputat sözlərini belə davam etdirib: 

“Sizin elə xidmət sahələriniz var ki, nəinki, nazir və nazir müavini ilə danışmaq olmur, hətta işçilərlə əlaqə saxlamaq belə mümkün deyil. Bizim soğrularımıza idarə rəisi, şöbə müdiri səviyyəsində cavab verirlər. Bunlar hakimiyyət orqanlarının bizə olan hörmətidir”. 

Tahir Kərimli etdiyi müraciətlərə verilən cavabları da diqqətə çatdırıb: 

“Ağsu dolayları ilə bağlı müraciətimizə cavab olaraq 2023-cü ilə işlərin görüləcəyini deyiblər. Nə olar, 2023-cü ili də gözləyirik. Tarif Şurası ilə bağlı elə cavab veriblər ki, sanki onlar vəziyyəti yaxşılaşdırmaq üçün qiymətləri artırıblar”.   

Deputat pensiya artımları ilə bağlı bildirib ki, 1500, 1000 manat pensiya alanların deyil, aşağı pensiya alanların ödənişləri artırılsın:

“Yüksək pensiyanın artan həcmi hesabına aşağı pensiya alanın müavinətini artırmaq olar”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO