Bakıda arvadını qətlə yetirən şəxsin cəzası artırıldı - 14 il 3 ay həbsdə qalacaq

Bakıda arvadını qətlə yetirən şəxsin cəzası artırıldı - 14 il 3 ay həbsdə qalacaq

Hazırda oxunan: Bakıda arvadını qətlə yetirən şəxsin cəzası artırıldı - 14 il 3 ay həbsdə qalacaq

64911

Bakı Apellyasiya Məhkəməsi qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cəzasını artırıb.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, M.Cəfərovun 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası 14 il 3 ay həbs cəzası ilə əvəz edilib. Qeyd edək ki, hadisə 2021-ci il iyulun 24-də Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü M.Cəfərov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Daha sonra M.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahı, soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki ki, cütlüyün 3 uşağı olub. Məlumata görə, qadın və uşaqları əri tərəfindən tez-tez döyülürmüş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO