Qubada Novruz yarmarkası təşkil edildi - FOTO

Qubada Novruz yarmarkası təşkil edildi - FOTO

Hazırda oxunan: Qubada Novruz yarmarkası təşkil edildi - FOTO

64889

Qubada bayramqabağı Novruz yarmarkası təşkil edilib.   

Bizim.Media xəbər verir ki, kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarkası rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev yarmarkaya baş çəkib, qiymətlərlə maraqlanıb. Rayon rəhbəri qiymətlərin bazarla müqayisədə sərfəli olduğunu diqqətə çatdırıb. Novruz yarmarkasına Qubanın 31 ərazi dairəsindən 50-dən piştaxta və sahibkarların məhsulları çıxarılıb. Qubalı alıcılar qiymətlərin bazara nisbətən ucuz olduğunu deyirlər.   

Məlumata görə, bazarda kiloqramı 11 manata olan mal əti burada 8, kiloqramı 14 manata olan qoyun əti isə burada 10-11 manata təklif edilir.

Bazarda ədədi 30 qəpiyə satılan kənd yumurtasını isə yarmarkada 20 qəpiyə almaq olar. Bütün məhsullarda 20 faiz endirim edilib. Novruz yarmarkası iki gün davam edəcək.   

Aytəkin Alxaslı,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO