Sərnişinlərə VACİB XƏBƏR: Yolunu gözlədiyimiz qatarlar... - VİDEO

Sərnişinlərə VACİB XƏBƏR: Yolunu gözlədiyimiz qatarlar... - VİDEO

Hazırda oxunan: Sərnişinlərə VACİB XƏBƏR: Yolunu gözlədiyimiz qatarlar... - VİDEO

64877

Novruz bayramını yəqin ki, bölgələrimizdə də keçirmək istəyənlər də çoxdur. Bu səbəbdən bayram ərəfəsində avtovağzallarda ənənəvi sıxlığın olması ehtimalı böyükdür. Ancaq nədənsə rayonlara dəmiryol nəqliyyatı hələ də bərpa olunmayıb.

Bir neçə gün əvvəl karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar verilsə də, sərnişin daşıyan qatarlar yenə də sərnişinsiz qaldı. Halbuki, həmin qatarların yolunu gözləyənlər az deyil. 

Bizim.Media xəbər verir ki, nəqliyyat üzrə ekspert İlahə Məmmədova hesab edir ki, sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması həm rahatlıq, həm də vaxta qənaət sarıdan sərfəlidir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, rayonlara işləyən sərnişin qatarların fəaliyyətinin bərpa olunması ilə bağlı qərar qəbul edilməyib. Əgər yaxın günlərdə belə bir qərar verilərsə, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi isə iş başındadır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva deyir ki, Avtovağzal martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 
Günay Əliyeva bildirir ki, sərnişin sıxlığı ilə əlaqədar bütün avtovağzallarda gündəlik dezinfeksiya tədbirləri də gücləndirilib.

"Xəzərxəbər"in mövzu ilə bağlı materialını təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO