“Bu günədək 9 min 246 nəfər soydaşımız Ukraynadan təxliyə edilib”
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin illik hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir Milli Məclisdə hesabat verir
“Qonşu ölkələrdə baş verən hadisələr Azərbaycana da öz təsirini göstərir. Ukraynadan həmvətənlərimizin təxliyəsi və təhlükəsizliyi istiqamətində təxirəsalınmaz işlər görülür. Prezident İlham Əliyevin göstərişinə əsasən, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir”, deyə o, qeyd edib.
Murad Əhmədov, Bizim.Media