Masallıda evlərdən oğurluq edənlər saxlanıldı – 3700 manat dəyərində...

Masallıda evlərdən oğurluq edənlər saxlanıldı – 3700 manat dəyərində...

Hazırda oxunan: Masallıda evlərdən oğurluq edənlər saxlanıldı – 3700 manat dəyərində...

64836

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini F.Əbilov saxlanılıb. 

Bu haqda informasiya DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilib.

Mənbə qeyd edir ki, aparılan araşdırmalarla həmin şəxsin daha iki yaşayış evindən ümumilikdə 1400  manat dəyərində müxtəlif növ məişət əşyaları oğurladığı müəyyən edilib. 

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlilərinin evindən oğurluq etməkdə şübhəli bilinən daha bir sakini, Türkoba kənd sakini M.Cəfərov saxlanılıb. 
Araşdırmalarla onun iki yaşayış evindən ümumilikdə 1500 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO