Ukraynada yaşayan Azərbaycan vətəndaşları Polşadan ölkəmizə gətirildi – FOTO

Ukraynada yaşayan Azərbaycan vətəndaşları Polşadan ölkəmizə gətirildi – FOTO

Hazırda oxunan: Ukraynada yaşayan Azərbaycan vətəndaşları Polşadan ölkəmizə gətirildi – FOTO

64810

Martın 15-də Ukraynadakı vəziyyətlə əlaqədar Polşanın Katovitse şəhərindən bir qrup Azərbaycan vətəndaşının “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysi ilə növbəti təxliyəsi həyata keçirilib.

Bizim.Media xəbər verir ki, 10-u uşaq olmaqla, ümumilikdə 184 vətəndaşımız Azərbaycana geri qayıdıb.

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edərək Polşadan təxliyə olunan Azərbaycan vətəndaşı Qadir Quliyev göstərilən diqqətə və köməyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, bir müddət əvvəl Polşada ailəsi ilə birlikdə sığınacağa yerləşdirildiyini deyib.

Azərbaycana təxliyə olunan azyaşlı soydaşımız Roman Şəfiyev bildirib ki, Ukraynanın Xarkov şəhərində yaşayıb. “Hər şey çox yaxşıdır. Anam və qardaşımla birlikdə təxliyə olunmuşuq. Vətənimə gəldiyim üçün çox şadam”, - deyə R.Şəfiyev qeyd edib.

Qeyd edək ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katovitse şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO