Xəbər verildiyi kimi Xəzər rayonu Binə qəsəbəsi ərazisində 27 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Hadisə ötən gün baş verib. 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb.
Bizim.Media baş verən qətl hadisəsinin təfərrüatlarını araşdırıb.
Hadisə barədə saytımıza açıqlama verən Binə qəsəbə ərazi nümayəndəsi Ərəstun Əlisoy informasiya verib:
MÖVZU İLƏ BAĞLI:
Bakıda ölümlə nəticələnən QISQANCLIQ - Ər arvadını qətlə yetirdi
“Həmin ailə Binə qəsəbəsində deyil, Suraxanı inzibati dairəsində yaşayırdılar. O ailədə dəfələrlə münaqişə olduğundan qətlə yetirilən azyaşlıları ilə birgə təxminən bir neçə gün əvvəl “Ümid yeri” uşaq sığınacağına yerləşmişdi. Səbəb qısqanclıq səbəbindən olub. Hər halda bizə elə məlumat verilib. Ər-arvad yola getmirdilər. Ailənin iki azyaşlı övladı var”, - deyə Ərəstun Əlisoy qeyd edib.
Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Alçina Amilqızı, Bizim.Media