Hava şəraiti ilə əlaqədar təxirə salınan Bakı-Şuşa reysindən YENİ XƏBƏR 

Hava şəraiti ilə əlaqədar təxirə salınan Bakı-Şuşa reysindən YENİ XƏBƏR 

Hazırda oxunan: Hava şəraiti ilə əlaqədar təxirə salınan Bakı-Şuşa reysindən YENİ XƏBƏR 

64688

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Bu barədə Bizim.Media-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib. 

Qeyd olunub ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO