9-cu sinif buraxılış imtahanlarının QRAFİKİ - Bu tarixlərdə olacaq

9-cu sinif buraxılış imtahanlarının QRAFİKİ - Bu tarixlərdə olacaq

Hazırda oxunan: 9-cu sinif buraxılış imtahanlarının QRAFİKİ - Bu tarixlərdə olacaq

64645

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 16,17,23,24,30 aprel və 1 mayda keçiriləcək. 

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO