Bakıya sulu qar yağacaq – PROQNOZ 

Bakıya sulu qar yağacaq – PROQNOZ 

Hazırda oxunan: Bakıya sulu qar yağacaq – PROQNOZ 

64643

“Martın ikinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Havanın temperaturu çoxillik norma göstəricilərindən iki dərəcəyə qədər aşağıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:

“Fasilələrlə yağıntı müşahidə ediləcək, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi proqnozlaşdırılır”. 

U.Tağıyeva qeyd edib ki, Bakıda temperatur 5-7 dərəcə intervalında dəyişəcək: 

“Respublikanın dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq.  

Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO