Ağdamda yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

Ağdamda yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Ağdamda yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

64533

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xındırıstan kəndi ərazisində "VAZ-2107” markalı 90 EU 281 dövlət qeydiyyat nömrəli avtomobil qarşıdan gələn "Toyota" markalı 02 BS 077 dövlət nömrəli avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2107”in sürücüsü,1987-ci il təvəllüdlü Qasımov Vasif Nürəddin oğlu ağır bədən xəsarətləri alıb.

Yaralının vəziyyəti ağır olduğundan Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Fəxri Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO