Mingəçevirdə keçmiş məhkumun evindən qumbara və narkotik aşkarlandı - FOTO

Mingəçevirdə keçmiş məhkumun evindən qumbara və narkotik aşkarlandı - FOTO

Hazırda oxunan: Mingəçevirdə keçmiş məhkumun evindən qumbara və narkotik aşkarlandı - FOTO

64529

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan külli miqdarda heroin, yarım kiloqrama yaxın tiryək və 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, F.Bayramov narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacirdən onlayn yolla alıb.

Faktla bağlı cinayət işi başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün F.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO