Bu gün buraxılış imtahanı keçiriləcək - 19 min 418 şagirdin iştirakı gözlənilir

Bu gün buraxılış imtahanı keçiriləcək - 19 min 418 şagirdin iştirakı gözlənilir

Hazırda oxunan: Bu gün buraxılış imtahanı keçiriləcək - 19 min 418 şagirdin iştirakı gözlənilir

64485

Dövlət İmtahan Mərkəzi (DİM) martın 13-də Bakı şəhərinin Xətai, Abşeron, Pirallahı rayonlarında, xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb), həmçinin Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

DİM-dən Bizim.Media-ya  bildirilib ki, bugünkü imtahanlarda 19 min 418 şagirdin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana buraxılış vərəqəsini DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilirlər.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Şagirdlər imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları DİM-in saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO