Cəlilabadda ağır QƏZA, 5 nəfər öldü, 3 yaralı var - YENİLƏNİB

Cəlilabadda ağır QƏZA, 5 nəfər öldü, 3 yaralı var - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabadda ağır QƏZA, 5 nəfər öldü, 3 yaralı var - YENİLƏNİB

64408

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

Bizim.Media-nın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Mitsubishi" markalı maşının toqquşması nəticəsində "07"də olan sürücü, 1966-cı il təvəllüdlü Məlikov Sakeh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub. 

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

*** 13:34

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO