Şuşa Dövlət Qoruğu İdarəsinin saytı fəaliyyətə başladı - FOTO

Şuşa Dövlət Qoruğu İdarəsinin saytı fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Şuşa Dövlət Qoruğu İdarəsinin saytı fəaliyyətə başladı - FOTO

64262

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, saytda müqəddəs şəhərin tarixi haqqında, görülməli yerləri, tarixi şəxsiyyətləri barəsində məlumatlar yer alıb.

Şəhərin tanınmış yerləri – Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Vaqifin muzey-məqbərəsi kompleksi, dahi Bülbülün ev-muzeyi və digər binalar haqqında məlumatlar əks olunub.

Həmçinin saytda Şuşa şəhərində baş verən ən son xəbər və yeniliklər barədə məlumatlar daim yenilənir.

Xaricdə yaşayan həmvətənlərimiz və əcnəbi vətəndaşların rahatlığı üçün saytdan istifadə 3 dildə - azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

“Əlaqə” bölməsi vasitəsilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxlamaq və məktub bölməsinə yazaraq müraciət etmək mümkündür.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin açılışını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov edib.

Məftun Abbasov bildirib ki, İdarə yaradıldığı gündən etibarən, cənab Prezidentin müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastruktur binaların inşası davam edir. Şəhərin tarixi görünüşün qaytarılması istiqamətində müvafiq işlər görülür.
M.Abbasov 2022-ci ilin “Şuşa İli” elan olunmasını xüsusi vurğulayaraq bu il Şuşanın yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi qeyd edib. Bu baxımdan, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi www.shusha.gov.az internet saytının istifadəyə verilməsi şəhərə gələn qonaqlar və Şuşanın tarixi ilə maraqlanan şəxslər üçün faydalı olacaq.

Təqdimatın sonunda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına xidməti vəsiqələr təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO