Yeni il axşamı bulvar bağlanmayacaq, atəşfəşanlıq isə olmayacaq

Yeni il axşamı bulvar bağlanmayacaq, atəşfəşanlıq isə olmayacaq

Hazırda oxunan: Yeni il axşamı bulvar bağlanmayacaq, atəşfəşanlıq isə olmayacaq

6426

Bayram günlərində əhalinin bulvar ərazisində gəzməsinə, istirahət etməsinə heç bir məhdudiyyət yoxdur.

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Bakı şəhər Bulvar İdarəsinin rəsmisi Rəfael Niftəliyev məlumat verib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə uyğun olaraq şəhərimizin sakinləri 5 nəfərdən çox olmayaraq adi günlərdəki kimi bulvar ərazisində gəzə bilərlər.

Rəfael Niftəliyev əlavə edir ki, amma bu il bulvar ərazisndə yolkalar qurulmayacaq. 

Bulvar ərasizində atəşfəşanlıqdan danışan qurum rəsmisi deyir ki, bununla bağlı hər il Bulvar İdarəsinə Bakı şəhər İcra Hakimiyyətindən məktub daxil olurdu. Bu il isə, bu məktub daxil olmayıb.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO