Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatdı - FAKTİKİ HAVA

Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatdı - FAKTİKİ HAVA

Hazırda oxunan: Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatdı - FAKTİKİ HAVA

64242

Martın 11-u saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 11, Şabranda 6, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30, Qrızda 5, Göygöldə 4, Daşkəsəndə 3, Xaltanda 1 santimetrə çatıb.

Cənub-şərq küləyi əsib, arabir saniyədə Gəncədə 24, Neftçala, Naftalanda 20, Ağdamda 18, Kəlvəzdə (Lerik) 17, Tərtərdə 16, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO