Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

64152

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO