Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA 

Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA 

Hazırda oxunan: Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA 

64068

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb. 

Bakıda və Abşeron yarımadası üzrə, yəni Bakı, Maştağa, Binə və Pirallahıda isə yağış 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 32 sm, Sarıbaşda (Qax) 22 sm, Ləzədə 4 sm, Qrızda 3 sm, Əyriçay-Başdaşağılda (Oğuz) 2 sm, Xınalıq, Kişçayda (Şəki) 1 sm olub.

Şimal-qərb küləyi arabir Tovuzda 20 m/s, Naftalan, Tərtər, Salyan, Gəncədə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Havanın minimal temperaturu martın 9-da Bakıda iqlim normasından 2.2° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 3°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, aran rayonlarında 3-5° isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO