Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov İsrailə işgüzar səfəri çərçivəsində ORT məktəblər şəbəkəsini ziyarət edib.
Bizim.Media-nın məlumatına görə, İnstitut direktoru bu barədə “Facebook” hesabında məlumat verib.
Sorğu, tədqiqat və layihə əsaslı dərsləri müşahidə edən Rüfət Əzizov müəllimlərin tədrisi dizayn təfəkkürü, kritik düşüncə və təşəbbüskarlıq komponentləri ilə zənginləşdirdiklərini müsbət məqam kimi dəyərləndirib:
MÖVZU İLƏ BAĞLI:
“Minlərlə şagird Təhsil İnstitutunun hazırladığı dərslikləri oxuyur" - Rüfət Əzizov
“Direktorlar da məktəb mühitinin və infrastrukturun öyrənməyə xidmət etməsi üçün daim çalışdıqları hiss olunurdu. Əslində müəllimlərin yanaşmaları çox sadə idi, qeyri-adi bilik, bacarıq və texnologiya tələb olunmurdu və infrastruktur bizim məktəblərdən heç də yaxşı deyildi, lakin uşaqlarda motivasiya var idi və öyrənmə baş verirdi!”, - deyə o əlavə edib.
Bizim.Media