Bakı polisi Ukraynadakı keçmiş səfirimizi axtarışa verdi - FOTO 

Bakı polisi Ukraynadakı keçmiş səfirimizi axtarışa verdi - FOTO 

Hazırda oxunan: Bakı polisi Ukraynadakı keçmiş səfirimizi axtarışa verdi - FOTO 

63922

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tələt Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

T.Əliyevin səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsədiyi deyilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO