Azərbaycanda ötən il saxlanılan azyaşlıların sayı açıqlandı

Azərbaycanda ötən il saxlanılan azyaşlıların sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda ötən il saxlanılan azyaşlıların sayı açıqlandı

63907

Ötən il Azərbaycanda saxlanılan azyaşlıların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2021-ci ildə valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama va təcridetmə mərkəzlərinə 577, o cümlədən avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 450 azyaşlı gətirilib.

Bildirilib ki, həmin şəxslərin hər biri barəsində qanunvericiliyə uygun tədbirlər görülüb.

Onlardan 120-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara 350 material göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO