BDU-da istiliyin verilməsi vaxtından əvvəl niyə kəsilib? - SƏBƏB

BDU-da istiliyin verilməsi vaxtından əvvəl niyə kəsilib? - SƏBƏB

Hazırda oxunan: BDU-da istiliyin verilməsi vaxtından əvvəl niyə kəsilib? - SƏBƏB

63863

Son günlər Bakı Dövlət Universitetinə istiliyin verilməsində ciddi problemlər yaşanıb. Bəzi korpuslara istilik fasilələrlə verilir. Xüsusilə günəşli günlərdə auditoriylarda istiliyin verilməsi dayandırılıb, yağış və ya soyuq hava olmadığı müddətcə istilik bərpa edilməyib. Tədris binalarının böyüklüyünə görə, istiliyi ən azı bir həftə ərzində bərpa etmək mümkündür. Bundan isə daha çox tələbələr əziyyət çəkir. 

Bununla bağlı Bizim.Media-ya şikayətlənən mənbənin sözlərinə görə xüsusilə I, II və yeni korpusların yuxarı mərtəbələrində yerləşən auditoriyalarda bu problemin daimi olduğu qeyd olunur.

Məlumata görə universitetdə istilik sisteminin işə salınmasının da gecikdirildiyi, hətta təchizatın dekabrın sonlarında normal səviyyəyə çatdığı qeyd olunur.

Ümumiyyətlə isə tədris korpuslarının yuxarı mərtəblərində yerləşən auditoriyalara istiliyin verilməsi müşahidə olunmayıb. Mənbənin bildirdiyinə görə, indi isə universitetdə istilik təchizatının dayandırılmasına vaxtından əvvəl başlanılıb. 

Universitetin istilik təchizatı ilə bağlı problemlərin hibrid dərs formasına keçiddən qaynaqlandığı da ehtimal edilir. Həftə ərzində dərslərin əyani və onlayn formada bölünməsi universitetdə tələbə sayını azaldıb. Boş auditoriyaların isə sayı artıb. Universitetin qənaət siyasətinin səbəbləri barədə isə hər hansı məlumat verilmir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin istilik sistemi daxili qazanxanaların hesabına təmin edilir. 

Məsələ ilə bağlı Universitetin mətbuat katibi Kəmalə Namazova ilə əlaqə yaratdıq. Email ünvanlarına sorğu ilə müraciət etməyimizi istəyən universitet rəsmisi məsələni araşdıracaqlarını bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO