Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlarin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsiri tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 267 təqdimat verilib.
Bizim.Media xəbər veri ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, həmin təqdimatlar əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.
Habelə, qanun pozuntularından çəkindirmək məqsədilə 51 halda vəzifəli şəxslərə və vətəndaşlara rəsmi xəbərdarlıq edilib.
Bununla yanaşı, baxılan müraciətlər üzrə aparılan araşdırmalar və cinayət işlərinin istintaqı zamanı müvafiq şəxslərin əməllərində inzibati xəta əlamətləri aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə asasən hüquqi qiymət verilməsi məqsədilə toplanılan 16 material aidiyyəti üzrə baxılmast üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilib.
Müvafiq dövr ərzində Baş İdarədə 210 vətəndaşın qəbul edilməsi təmin edilib. Bunlardan 63-ü Baş İdarə rəisi, 73-ü Baş İdarə rəisinin müavinləri, idarə və ya rəisləri, 74-ü isə növbətçi prokurorlar tərəfindən qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 09.03.2022
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən 267 təqdimat verilib, 51 halda isə...
Hazırda oxunan: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən 267 təqdimat verilib, 51 halda isə...
Hazırda oxunan: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən 267 təqdimat verilib, 51 halda isə...
63822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.