Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 10 mindən çox müraciət daxil olub - SİYAHI 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 10 mindən çox müraciət daxil olub - SİYAHI 

Hazırda oxunan: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 10 mindən çox müraciət daxil olub - SİYAHI 

63820

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb. 

Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib. 

Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 

2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü: 

1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131 

2. Səhiyyə - 701 

3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521 

4. Sosial müdafiə - 513 

5. Bələdiyyələrin fəaliyyəti 340 

6. Özəl sahə - 237 

7. Təhsil - 182 

8. Ədliyyə orqanlarının fəaliyyəti - 175 

9. "Azərişıq" ASC-nin fəaliyyəti - 96 

10. "Azəriqaz" İB-nin fəaliyyəti - 77 

11. Meliorasiya və su təsərüffatı - 72 

12. Müdafiə - 39 

13. "Azərsu" ASC-nin fəaliyyəti - 57 

14. Səfərbərlik – 41 

15. Kənd Təsərüffatı - 33 

16. Ekologiya və Təbii Sərvətlər - 34 

17. Bank sektoru - 35 

18. Digər - 847 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO