Bakı metrosunda dilənçilərə qarşı əməliyyat: 16 nəfər saxlanıldı

Bakı metrosunda dilənçilərə qarşı əməliyyat: 16 nəfər saxlanıldı

Hazırda oxunan: Bakı metrosunda dilənçilərə qarşı əməliyyat: 16 nəfər saxlanıldı

63803

Daxili İşlər Nazirliyinin Metropolitenində Polis Şöbəsi Bakı metropoliteninin stansiyalarında dilənçilərə qarşı əməliyyat keçirib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən 3-ü kişi, 7-si qadın və 6-sı azyaşlı olub. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO