Müdafiə Nazirliyindən Laçında itkin düşən hərbçilərlə bağlı YENİ AÇIQLAMA

Müdafiə Nazirliyindən Laçında itkin düşən hərbçilərlə bağlı YENİ AÇIQLAMA

Hazırda oxunan: Müdafiə Nazirliyindən Laçında itkin düşən hərbçilərlə bağlı YENİ AÇIQLAMA

63750

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Bizim.Media xəbər verir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında iki əsgərimiz itkin düşdü: Müdafiə Nazirliyi axtarış aparır


Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar. (Report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO