Gəncədə yanğın zamanı 300-ə yaxın cücə tələf oldu - FOTO

Gəncədə yanğın zamanı 300-ə yaxın cücə tələf oldu - FOTO

Hazırda oxunan: Gəncədə yanğın zamanı 300-ə yaxın cücə tələf oldu - FOTO

63709

Gəncədə yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində Saleh Qasımova məxsus 25-30 kv m olan cücə damı kimi istifadə olunan yardımçı tiklidə anidən yanğın başlayıb. 

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. 

Yanğın zamanı 300-ə yaxın cücə yanaraq tələf olub, yardımçı tikili isə yararsız hala düşüb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO