Qubada 51 şəhid anası, 10 şəhid yoldaşı və 8 şəhid qızı bir araya toplandı - FOTO

Qubada 51 şəhid anası, 10 şəhid yoldaşı və 8 şəhid qızı bir araya toplandı - FOTO

Hazırda oxunan: Qubada 51 şəhid anası, 10 şəhid yoldaşı və 8 şəhid qızı bir araya toplandı - FOTO

63566

Dünya qadınlarının sevimli bayramı olan 8 mart Beynəlxalq Qadınlar günü Qubada xüsusi təmtəraqla qeyd olunub.

Bizim.Media xəbər verir ki, bayram şənliyində Vətən müharibəsində və erməni təxribatı nəticəsində həlak olan ümumilikdə 51 şəhid anası,10 şəhid yoldaşı, 8 şəhid qızı  rayonun bir qrup fəal qadını, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba RİH başçısı Ziyəddin Əliyev şəhid doğmaları qarşısında ətraflı çıxış edib. Rayon rəhbəri şəhid ailələrinə bildirib ki, "siz bu bayramı ürəklə  qeyd etməyə, keçirməyə daha çox layiqsiniz, çünki sizin oğullarınız, həyat yoldaşlarınız, atalarınız dünyaya səs salan qələbəni bizə yasatdılar, topaqlarımızı özümüzə qaytardılar.

Siz hər cür yüksək diqqət və qayğıya layiqsiniz, Azərbaycan dövləti olaraq həmişə yanınızdayıq” deyə Ziyəddin Əliyev vurğulayıb.

Olduqca səmimi və kövrəkliklə keçən tədbirdə şəhidlər dönə-dönə xatırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təltifləri şəhid ailələrinin nümayəndələrinə çatdırılıb. Ümumilikdə , Qubadan olan 11 Vətən Müharibəsi  şəhidinin  Ali Baş Komandanın təltif etdyi "Azərbaycan Bayrağı", 3-cü dərəcəli "Rəşadət" ordenləri, "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ailələrinə verilib.

Təltifləri RİH başçısı Ziyəddin Əliyev, DTX-nın rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Sadiq Əliyev təqdim edib. 

"Vətən naminə" İctimai Birliyinin sədri Tünzalə Abduəlimova hər bir şəhid doğmasının ürəyincə olan maraqlı  mərasim üçün rayon rəhbərliyinə təşəkkür edib.

"Gözəl Quba" instrumental ansamblının musiqiçiləri həzin və ürəkaçan mahnıları ilə iştirakçılara xoş dəqiqələr bəxş edib.

Şəhid ailələrinin xanım üzvlərinə gül buketi və qiymətli hədiyyələr təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO