Azərbaycandan Rusiyaya uçuşlar nə vaxtdan bərpa olunacaq? - Rəsmi AÇIQLAMA

Azərbaycandan Rusiyaya uçuşlar nə vaxtdan bərpa olunacaq? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycandan Rusiyaya uçuşlar nə vaxtdan bərpa olunacaq? - Rəsmi AÇIQLAMA

63507

Bu gün səhər saat 07.25-də Bakı-Moskva və 11.00-da Bakı-Minvod avireyslərindən sonra Azərbaycandan Rusiya istiqamətinə uçan təyyarələrin uçuşları tamamilə dayandırılıb. Həmin reysləri də Aeroflot avia kompaniyası həyata keçirib. Sərnişinlər əsasən Rusiya vətəndaşlarından ibarət olub.

Aldığımız digər məlumata görə, bu uçuşların dayandırılmasında təhlükəsizlik təminatının olmaması belə qərarın verilməsinə səbəb olub. Bu gün səhər saatlarında Ukrayna silahlı qüvvələrinin Rostov istiqamətinə atdığı raketin Rusiya səmasında zərərsiləşdirilməsi faktı da vəziyyətin son dərəcə təhlükəli olduğuna dəlalət edir.

“Vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya bütün uçuşlar DAYANDIRILDI


Bu sözləri isə Bizim.Media-ya açıqlamasında “AZAL”-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, mövcud dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib:

“Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Bu səbəbdən uçuşlar qeyri-müəyyən müddətə dayandırılır”.

Qurum rəsmisi həmçinin əvvəlcədən alınmış biletlərin aqibəti haqqında da məlumat verib:

“Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik”.

Qeyd edək ki, 6 martdan beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO