Bu gün 25 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu gün 25 minə yaxın şagird buraxılış imtahanı verəcək

Hazırda oxunan: Bu gün 25 minə yaxın şagird buraxılış imtahanı verəcək

63376

Dövlət İmtahan Mərkəzi (DİM) martın 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, bugünkü imtahanlarda 24 min 824 nəfərin iştirakı gözlənilir. İmtahan Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında keçirilir. Bu gün, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri imtahan verirlər.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO