Qusarda cəmi bir şagirdi olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Qusarda cəmi bir şagirdi olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Qusarda cəmi bir şagirdi olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

63354

Qusar rayonunun Çətkün kənd məktəbində cəmi bir şagirdin təhsil aldığı barədə məlumat vermişdik.

Qusar Rayon Təhsil şöbəsinin müdiri əvəzi Yüzbəy Abuyev Bizim.Media-ya bildirib ki, Çətkün kəndində şagird sayı az olduğü üçün məktəbdə sadəcə ibtidai siniflər var.

MÖVZU İLƏ BAĞLI:

Qusar məktəbində niyə 1 şagird TƏHSİL alır? -  "Nazirlik də bilir..."


"Son illər kəndin əksər sakinləri müxtəlif səbəbdən rayon mərkəzinə və digər yerlərinə köçüb. Bu baxımdan sözügedən məktəbdə şagirdlərin sayı daha da azalmışdı. Bu dərs ilində isə məktəbdə cəmi bir şagird var. Bununla bağlı Təhsil Nazirliyini məlumatlandırmışıq. Nazirin razılığı ilə 2 müəllim və 1 şagirdlə dərslər davam etdirilir", - deyə Y.Abduyev bildirib.

Y.Abuyev əlavə edib ki, qarşıdakı tədris ilində şagird sayında artım olmasa, həmin şagird qonşu Cağar kənd məktəbinə göndəriləcək.

Qeyd edək ki, Çətkün məktəbinin 3-cü sinif şagirdi Nadim Alxasovdur, müəllimi isə anası Lalə Alxasovadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO