Xaçmaz sakini iti konfet oğurladığına görə asıbmış - VİDEO 

Xaçmaz sakini iti konfet oğurladığına görə asıbmış - VİDEO 

Hazırda oxunan: Xaçmaz sakini iti konfet oğurladığına görə asıbmış - VİDEO 

63243

Xaçmaz rayonunun Gödəkli kəndində qarajda asılaraq öldürülən sahibsiz it Daşdəmirovlar ailəsinin evindən konfet oğurlayıbmış. 

Bizim.Media xəbər verir ki, bu barədə Xəzər TV-nin hazırladığı materialda 86 yaşlı Balasoltan Daşdəmirov baş verən hadisəyə aydınlıq gətirərkən məlumat verib.  

Sosial şəbəkələrdə itə rəhmsiz davranışı ilə tənqid edilən B.Daşdəmirov deyib ki, iti öldürmək niyyəti olmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 86 yaşlı kişidən amansız əməl: İti asıb öldürdü - VİDEO


“İti qaraja gətirib ip ilə boynundan bağladım. Yuxarıdan asılan dəmirdən ipin digər ucunu bağladım ki, aparıb azdıraram. İt özünü çuxura atıb, ölüb”.

B.Daşdəmirovun həyat yoldaşı deyir ki, onlar yas yerinə gedib, qayıdanda isə itin evə daxil olub konfetləri küçəyə dağıtdığını görüblər:

“Qazanı açıb nə var, nə yox dağıdıb. Evə gələndə küçədən konfetləri yığırdım”. 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntü istifadəçilərin narazılığına səbəb olub. İnsanlar itin amansızlıqla asılaraq öldürülməsini tənqid ediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO