"Aztelekom"MMC-nin Şimal-Şərq regional mərkəzinin Xaçmaz filialının xidməti ərazisində yerləşən Palıdlı kəndi də daxil olmaqla ətraf Dədəli, Kiçik Baraxum, Nağıoba, Abdulrəhimova və Sibiroba kəndlərində optik telekommunikasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub”.
Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin tabeliyində olan “Aztelekom MMC”nin mətbuat xidmətindən Bizim.Media internet portalına göndərilən rəsmi məktubda belə deyilir.
Qurumdan bildirilib ki,"artıq sakinlərin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi üçün Dədəli kəndində stansiya avadanlıqlarının qurulması və optik infrastrukturun inşası üçün zəruri vasitələr tədarük edilib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin yaratdığı kəndə məmurlardan ÖGEY MÜNASİBƏT: 9 ildir kəndə telefon xətti çəkilmir
2022-ci ilin sonunadək Palıdlı kəndindən başlayaraq sözügedən ərazilərdə 1024 istifadəçi tutumlu genişzolaqlı şəbəkə üzərindən sakinlərin telefon və internet xidmətlərinə qoşulması həyata keçiriləcək.
Ümumilikdə, "Aztelekom" MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin internetlə təmin edilməsi istiqamətində quruculuq işlərinə başlayıb. Artıq qurumun xidməti ərazisinə daxil olan Bakıətrafı qəsəbələrdə və regionlarda genişzolaqlı optik şəbəkənin inşası həyata keçirilir.
Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigaybte Passive Optical Network-Giqabit tutumlu passivoptik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə şərait yaradır.
"Aztelekom" bu açıqlamanı Bizim.Media saytında 2 fevral tarixli "Prezidentin yaratdığı kəndə məmurlardan ögey münasibət: 9 ildir kəndə telefon çəkilmir" sərlövhəli yazıya cavab olaraq göndərib.
Xatırladaq ki, Xaçmaz rayonunun Palıdlı kəndi 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Aytəkin Alxaslı, Bizim.Media