Bu gün Azərbaycanda buraxılış imtahanı KEÇİRİLƏCƏK - 22 mindən çox şagird iştirak edir

Bu gün Azərbaycanda buraxılış imtahanı KEÇİRİLƏCƏK - 22 mindən çox şagird iştirak edir

Hazırda oxunan: Bu gün Azərbaycanda buraxılış imtahanı KEÇİRİLƏCƏK - 22 mindən çox şagird iştirak edir

63229

Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Göyçay, İmişli, Qax, Qazax, Qusar, Yevlax rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Bundan əlavə, Zaqatalada tədrisi gürcü dilində olan məktəblərin şagirdləri imtahan verirlər. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda 22902 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanda 10 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

DİM: Martın 5-6-da keçiriləcək imtahanların qrafikində dəyişiklik yoxdur 


İmtahanların təşkil edilməsi üçün ümumilikdə 105 imtahan binası, 1757 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2178 nəzarətçi–müəllim, 214 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 105 bina nümayəndəsi ayrılıb. 

İmtahan saat 11:00-da başlanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO