Güclü külək Mingəçevir şəhərinin bəzi ərazilərini işıqsız qoyub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2 saatdan artıq vaxtdır ki, minlərlə sakinin məskunlaşdığı "Günəşli" yaşayış massivi, şəhərin Xaldan isriqamətindən giriş hissəsi və onlara bitişik ərazilərə elektrik enerjisinin ötürülməsi dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Güclü küləyin cənub rayonlarında yaratdığı FƏSADLAR – Evlərin üzərinə ağac aşdı, işıqlar söndü
Rəsmi qurumlardan əldə etdiyimiz məlumata görə, hava elektrik xəttinin üzərinə ağacın aşması qısa qapanmaya səbəb olub.
Hazırda qəzanın fəsadlarının aradan qaldıeılması istiqamətində iş aparıllr.
Qeyd edək ki, gün ərzində əsən güclü külək səhər saatlarında şəhərin M.Maqomayev küçəsində də bir ağacın kökündən qoparaq küçəyə aşmasına səbəb olmuşdu.
Ehtiram Muradov, Bizim.Media