Bakıda bütün polislərə fotosu paylanıldı - O, hər yerdə axtarılır - FOTO

Bakıda bütün polislərə fotosu paylanıldı - O, hər yerdə axtarılır - FOTO

Hazırda oxunan: Bakıda bütün polislərə fotosu paylanıldı - O, hər yerdə axtarılır - FOTO

63196

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Bizim.Media xəbər verir ki, BDU-nun ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev tələbənin itkin düşməsi ilə bağlı axtarış elan olunduğunu deyib.

"Onun fotoşəkilləri çoxaldılaraq polis əməkdaşlarına paylanılıb. Hazırda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur", - deyə Elşad Hacıyev qeyd edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO