Azərbaycanda TRT ilə birgə uşaq kanalı açılacaq

Azərbaycanda TRT ilə birgə uşaq kanalı açılacaq

Hazırda oxunan: Azərbaycanda TRT ilə birgə uşaq kanalı açılacaq

6318

AzTV Türkiyənin TRT kanalı ilə birgə uşaq kanalı yaratmağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov televiziyanın 2019-2020-ci illər üzrə hesabatını təqdim edərkən bildirib. 

O qeyd edib ki, bununla bağlı AzTV-yə TRT tərəfindən müraciət edilib:

“TRT-nin istəyi odur ki, bu, AzTV ilə birgə hazırlansın. Lakin bizə bunun üçün zaman və güclü heyət lazımdır. Texnikalar alınmalıdır, layihələr işlənməlidir. 

Bu proses azı 3-4 il çəkir. Uşaq televiziyası ən çox maliyyə aparan kanaldır. Təkcə uşaq cizgi filminin hazırlanmasının 1 dəqiqəsinin qiyməti təxminən 1000-2000 manat vəsait tələb edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO