Polis Qubada əməliyyat keçirildi, 2 nəfər saxlanıldı 

Polis Qubada əməliyyat keçirildi, 2 nəfər saxlanıldı 

Hazırda oxunan: Polis Qubada əməliyyat keçirildi, 2 nəfər saxlanıldı 

63129

Qubada polis əməliyyat keçirib, 2 nəfər həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elçin Hüseynov və İmişli rayon sakini Mehtixan Cəfərov saxlanılıblar. 

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. 
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO