Daşkəsəndə qasırğa və çovğun ciddi fəsadlar törətdi - FOTO

Daşkəsəndə qasırğa və çovğun ciddi fəsadlar törətdi - FOTO

Hazırda oxunan: Daşkəsəndə qasırğa və çovğun ciddi fəsadlar törətdi - FOTO

63099

Martın 4-ü gecə saatlarından Daşkəsən rayonu ərazisində başlayan güclü külək, qasırğa və çovğun ciddi fəsadlar törədib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı rayon icra hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov verib.  

Onun sözlərinə görə, qarla müşayiət olunan güclü qasırğa nəticəsində Daşkəsən şəhərində, rayonun Quşçu, Bayan, Gurbulaq, Əmirvar, Qabaqtəpə kəndlərində yaşayış və inzibati binaların dam örtüklərinə ziyan dəyib, ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb.  

“Ən çox ziyan Daşkəsən şəhərində qeydə alınıb. Güclü qasırğa Daşkəsən şəhəri S.Vurğun küçəsi 13 nömrəli, İ.Qayıbov küçəsi 45 nömrəli çoxmərtəbəli yaşayış binalarının dam örtüklərini uçurub. Həmçinin güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb. Hazırda rayon ərazisində qasırğa ilə müşayiət olunan qarın yağması davam edir”, - deyə Vüqar Məmmədov əlavə edib.  

Başçının müavini qeyd edib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Rayon fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində işlər davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO