Qusar məktəbində niyə 1 şagird TƏHSİL alır? - 

Qusar məktəbində niyə 1 şagird TƏHSİL alır? -  "Nazirlik də bilir..."

Hazırda oxunan: Qusar məktəbində niyə 1 şagird TƏHSİL alır? -  "Nazirlik də bilir..."

63094

Azərbaycanda ən çox və ən az şagirdi olan məktəblər açıqlanıb.

Ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir. Məktəbdə 1 şagird təhsil alır və 2 müəllim çalışır.

Ən çox şagirdi olan təhsil ocağı isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır. Qusarın Çətkün kənd məktəbində 1 şagirdin təhsil alması ictimaiyyətdə müzakirələrə səbəb olub. Hətta bir şagirdə görə məktəbin bağlanması məsələsi də ortaya atılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu məktəbi müəllim və şagirdlər TƏRK EDİR - Bələdiyyə sədrindən ŞİKAYƏT


Məsələ ilə bağlı Bizim.Media-ya Qusar Rayon Təhsil Şöbəsindən bildirilib ki, sözügedən məktəbdə 1 şagirdin təhsil alması kəndin kiçik olması və çox ailələrin paytaxta üz tutmaları ilə bağlıdır:

“Şagird sayı bu il azalıb. Həmin sinifdə oturmalı yaşda bir şagirdimiz var. Qalan 4-cü sinfi bitirənlər ümumi orta məktəbə gedib. Çünki gənc ailələrin çoxu şəhərə köçüb”. 

Təhsil Şöbəsinin rəsmisinin sözlərinə görə keçən il Çətkün kənd ibtidai məktəbdə 7 şagird, ondan əvvəl 10, iki il əvəl isə 3 şagird təhsil alıb:

“Ucqar və balaca bir kənddir. Gələn il 3-4 şagird olacaq. Bunu Təhsil Nazirliyi də bilir və məktəbin 1 şagirdlə saxlanılması razılaşdırılıb. Bilirsiz ki, məktəb bağlansa, açmaq nə qədər çətin olacaq. Onu da deyim ki, bura Qusar Rayon Təhsil Şöbəsinin rəhbərinin oxuduğu məktəbdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO