Maqsud Mahmudovun əmlaklarına həbs qoyuldu

Maqsud Mahmudovun əmlaklarına həbs qoyuldu

Hazırda oxunan: Maqsud Mahmudovun əmlaklarına həbs qoyuldu

63006

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.

Bildirilib ki, zərərçəkmişlər - Aslan Qəhrəmanov, Rövşən Əlibəyli və Məzahir Ağayevin mülki iddialarını, eləcə də ola biləcək xüsusi müsadirəni təmin etmək üçün Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə məxsus paytaxtın Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsi və Yasamal rayonu, Süleyman Rəhimov küçəsi 82 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Maqsud Mahmudov kimə brilyant tapança verib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI


İstintaq tərəfi həmin əmlakların xüsusi müsadirə edilməsini təklif edir. 

Eyni zamanda, cinayət işinin materiallarında maddi sübut hesab olunan 1 ədəd 750 əyarlı 20,22 qram çəkidə üzük isə dövlət bankında saxlanılır. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. 

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. 

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO