Qadınlardan ibarət narkobandaya hökm oxundu

Qadınlardan ibarət narkobandaya hökm oxundu

Hazırda oxunan: Qadınlardan ibarət narkobandaya hökm oxundu

62988

Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə külli miqdarda narkotik gətirməkdə təqsirləndirilən İlahə Babayeva, Nərminə Kərimova və Lalə Məmmədovanın işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə dəstə üzvlərinin hər biri 12 il azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasınıda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb. 

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilən bir bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.

Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib.

L.Məmmədovanın yaşadığı ünvanda keçiriən axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO