Bakı-Quba yolu BU TARİXDƏN hissəli şəkildə təmir olunacaq - RƏSMİ

Bakı-Quba yolu BU TARİXDƏN hissəli şəkildə təmir olunacaq - RƏSMİ

Hazırda oxunan: Bakı-Quba yolu BU TARİXDƏN hissəli şəkildə təmir olunacaq - RƏSMİ

62972

Sürücülərin qorxulu kabusuna çevrilmiş Bakı-Quba yolundakı acınacaqlı vəziyyət hər kəsə məlumdur. Azərbaycanda beton yol təcrübəsi ilə salınan ilk yollardan biri olsa da bu gün təhlükə mənbəyidir. Sürücülər qeyd edir ki, bu yoldan hər istifadə zamanı həm maşınlar, həm də əsəb sistemləri sıradan çıxır. Bəzən isə həm də həyatları bahasına başa gəlir. Yolun təmirə nə vaxt dayandırılacağı isə uzun zamandır ki, hər kəsi düşündürən məsələdir. 

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflidən məsələ ilə bağlı açıqlama alıb. Onun sözlərinə görə, əslində sözügedən yolda çoxdan yenidənqurma işləri aparılır:
 

MÖVZU İLƏ BAĞLI:

Bir ailənin faciəsinə səbəb olan yol  - 30 dəfə “təmir olunan” Bakı-Quba magistralı nə vaxt DÜZƏLƏCƏK? - VİDEO


“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 1-ci kilometrliyindən başlayaraq 30-cu km-ə qədər olan hissəsində yenidənqurma işləri yekunlaşdırılıb. Hazırda yolun 30-46-cı kilometrliyi- 16 kilometrlik hissədə əsaslı şəkildə yenidənqurma işləri davam etdirilir. Bu işlər mərhələli şəkildə bütün yol boyunca davam etdiriləcək”.

Qurum sözçüsü bildirib ki, həmin istiqamətdə ödənişli yol kimi gündəmə gələn yeni magistralın istifadəyə verilməsindən sonra köhnə yolun 46-cı kilometrdən sonrakı hissələri də yenidən qurulacaq.

AYDA sözçüsü yeni yolun istifadəyə verilməsi vaxtını, həmçinin ödənişli olub-olmayacağını da açıqlayıb:

“Bu ilin sonu, gələn ilin əvvəlinə Rusiya Federasiyası istiqamətində yeni avtomobil yolunun inşaasının yekunlaşdırılması və həmin yolda hərəkətin təşkili nəzərdə tutulur.

Təmir olunan bu yol istifadəyə verildikdən sonra mövcud Bakı-Quba yolunda hərəkət intensivliyi azalacaq və sürücülərin rahatlığı təmin olunacaq. Hazırda ödəniş məsələləri haqqında qərar qəbul olunmayıb. Yol istismara verildikdən sonra bu məsələlərə aydınlıq gətiriləcək. Amma çox güman ki, ödənişli olması nəzərdə tutulacaq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO