Qida məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd edilir ki, qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər.
Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a (qida təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sistemi) əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 03.03.2022
Azərbaycanda kafe və restoranlara YENİ TƏLƏBLƏR qoyulur
Hazırda oxunan: Azərbaycanda kafe və restoranlara YENİ TƏLƏBLƏR qoyulur
Hazırda oxunan: Azərbaycanda kafe və restoranlara YENİ TƏLƏBLƏR qoyulur
62946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.