ASCO və MEDİA jurnalistlər üçün təlim keçirdi - FOTO

ASCO və MEDİA jurnalistlər üçün təlim keçirdi - FOTO

Hazırda oxunan: ASCO və MEDİA jurnalistlər üçün təlim keçirdi - FOTO

62867

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.

ASCO-dan Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə çap və onlayn medianı təmsil edən 20 jurnalist iştirak edib.

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev bildirib ki, təlimin əsas məqsədi KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsidir.

MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova isə deyib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir, bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur.

Sonda jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO