İntellekt səviyyəsi ən yüksək 2 BÜRC – Digərlərinin zəkası hansı yöndə inkişaf edib?

İntellekt səviyyəsi ən yüksək 2 BÜRC – Digərlərinin zəkası hansı yöndə inkişaf edib?

Hazırda oxunan: İntellekt səviyyəsi ən yüksək 2 BÜRC – Digərlərinin zəkası hansı yöndə inkişaf edib?

62822

Hər bir  bürcün özünəməxsus müsbət və mənfi yönlərinin olduğu bəllidir. Şirlər özlərinə inamı, əqrəblər zəkaları, balıqlar isə yaradıcı olmaları ilə seçilirlər.

Bizim.Media xəbər verir ki, zəka səviyyəsi fərqli kriteriyaları özündə ehtiva etdiyi üçün bürcləri bu xarakteristikalarına görə təsnifləşdirmək o qədər də asan olmur.

Lakin “Bussines İnsider”in araşdırması nəticəsində məlum olub ki, dolçalar və əqrəblərin İQ (intelekt əmsalı) səviyyəsi digərlərindən daha yüksək olur.

Dolçalar düşüncə qabiliyyətləri və analitik təfəkkürləri ilə ön plana çıxırlar. Əqrəblər isə qəbul etdikləri informasiyaları emal etmək və dünyanı daha realist analiz edə bilmələri ilə fərqlənirlər.

Araşdırmada həmçinin digər bürclərin də zəka özəllikləri müəyyən olunub.

Qoç

Bu bürcün nümayəndələri bir şeyi öyrənmə istəyirlərsə, həmin mövzuda ustalaşmaq onlar üçün problem yaratmır. Uğursuzluğa düçar olduqlarında belə yeni məlumatlar əldə etməyi dayandırmırlar.

Buğa

Kiçik detalları gözdən qaçırmamaq və xaos vəziyyətlərində soyuqqanlılıqla düşünə bilmələri ilə seçilirlər.

Xərçəng

Duyğu zəkaları xeyli yüksəkdir. Xərçənglər öz hisslərini idarə etməkdə çətinlik çəksələr belə, qarşılarındakı insanların hansı hissləri keçirdiklərini asanlıqla anlaya bilirlər.

Şir

Digərlərinin görə bilmədikləri fürsətləri şirlər asanlıqla sezə bilirlər. Eyni zamanda şirlər digər insanları manipulyasiya edərək özlərini olduqlarından daha fərqli təqdim etməyi bacarırlar.

Qız

Qızlar analitik zəkaları, yaradıcılıqları və problemləri asanlıqla çözməyi bacarırlar. Qızlar da buğalar kimi kiçik detalları gözdən qaçırmırlar.

Tərəzi

İnsanları “oxumaq”da çox bacarıqlıdırlar. Eyni zamanda istədiklərini əldə etmək üçün qarşı tərəfi asanlıqla razı sala bilirlər.

Oxatan 

Oxatanlar düşünməkdən çox praktika adamlarıdır. Onlar öyrənməkdən, eyni zamanda zəkalarını yeni biliklər əldə etmək üçün istifadə etməkdən çəkinmirlər.

Oğlaq

Bu bürcün nümayəndələri güclü yaddaşa malikdirlər. Bunun nəticəsində onlar obyekt və prosesləri ən xırda detallarına qədər yadda saxlayıb analiz edə bilirlər.

Balıqlar

Balıqların duyğu zəkaları xərçənglərdə olduğu kimi yüksəkdir. Eyni zamanda yaradıcılıq qabiliyyəti yüksək olan balıqlar əsl incəsənət insanlarıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO