Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:36 / 02.03.2022
Reket jurnalistlərə 7 il həbs verildi
Hazırda oxunan: Reket jurnalistlərə 7 il həbs verildi
Hazırda oxunan: Reket jurnalistlərə 7 il həbs verildi
62821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.