Səhiyyə sistemi nə vaxt elektronlaşacaq? - Gecikmənin SƏBƏBLƏRİ

Səhiyyə sistemi nə vaxt elektronlaşacaq? - Gecikmənin SƏBƏBLƏRİ

Hazırda oxunan: Səhiyyə sistemi nə vaxt elektronlaşacaq? - Gecikmənin SƏBƏBLƏRİ

62700

Səhiyyə sisteminin elektronlaşması prosesinə xeyli müddət əvvəl başlanılsa da, bu məsələdə boşluqlar və tamamlanması bitməyən neqativlər qalır. 

Dünya Səhiyyə Təşkilatı tibb müəssisələrində informasiya və kommunikasiya texnologiyalarına geniş yer verir. Azərbaycanda isə ən dinamik inkişafla bağlı ləngimələr var. 

Elektron səhiyyə sistemi insanların məlumatlarının saxlanılmasını, işlənilməsi və ötürülməsini, maliyyə məlumatlarının idarə olunmasını, diaqnostika, eləcə də müalicə mexanizmlərinin tibb mütəxəssislərinə çatdırılmasını əhatə edir. Reallıq isə başqadır. Bu gün, xüsusilə dövlət tibb müəssisələri və xəstəxanaların əksəriyyətində elektron sistemdən istifadə olunmur. Həkimlərin vaxtının çoxu blank və xəstə barədə məlumatların doldurulmasına sərf olunur. Hansı ki, qəbuluna gələn xəstələri də bu səbəbdən gözlədir.

Digər tərəfdən xəstə barədə məlumatsız olan həkim elektron məlumat bazası olmadığından yeni tanıdığı orqanizm barədə müayinə, müalicə və dərman qəbulunda da qismən çətinlik çəkir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tanınmış nervpotoloq və tibb eksperti Qalib Əsədov həqiqətən də sözügedən məsələdə çox çətinlik çəkdiklərini deyib:

“Elektron səhiyyə sisteminin tətbiqi məsələsində həmişə olduğu kimi bütün dünyadan geri qalırıq. Özəl klinikalarda elektron sistem tətbiq olunur. Amma dövlət müəssisələrində bu sistem yoxdur. Elektron sistem işi asanlaşdırır. Xəstələrin bütün məlumatları elektron məlumat bazasında olmalıdır. Xəstə özü ilə bağlı keçmişdəki məlumatlarını unuda bilər. İllər əvvəl müayinə, müalicə və ya əməliyyat olunması ilə bağlı məlumatları itirə bilər. Yaxud xəstənin nəyəsə qarşı allergiyası var Elektron sistem isə elədir ki, burada bütün məlumatlar oturur və həkim xəstə ilə bağlı bütün informasiyalarla yerində operativ tanış olur”.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən dərmanlarla bağlı əhaliyə MÜRACİƏT


Həkim əlavə edib ki, elektron sistemin texnalogiyasında da hər hansı çətinlik yoxdur:

“Azərbaycanda ən müşkül məsələlər həll olunur. Kifayət qədər banklar əməliyyatlar həyata keçirir. Xəstələrin məlumat bazasını yaratmaq və ya qurmaq nə çətin məsələdir ki?”, - deyə Qalib Əsədov rəsmi qurumlara səslənib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) cavab ala bilmədik.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO